Qaynar xətt:

(+99450) 247 90 86

 Trampa belə etiraz etdilər - Fotolar-Video 

SİYASƏT

266

06.04.2025, 17:50

ABŞ-də Prezident Donald Trampa qarşı kütləvi etirazlar başlayıb. 

Oxu24.com xəbər verir ki bu barədə CNN məlumat yayıb.

Etirazçılar Trampın və Hökümət Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskın siyasətindən narazılıqlarını ifadə edirlər.

Məlumata görə, ölkənin 50 ştatında 1200-dən çox etiraz aksiyası keçirilib.

Onlar hazırkı administrasiyanın üzvlərini tənqid edən şüarlar səsləndiriblər.

Qeyd olunub ki, etirazçıları xüsusilə prezidentin tətbiq etdiyi rüsumlar, Maskın göstərişi ilə ABŞ hökumət idarələrində aparılan ixtisarlar, Trampın Qəzza zolağındakı münaqişə və Ukraynadakı müharibə ilə bağlı siyasətləri hiddətləndirib.

Aksiyalardan görüntüləri təqdim edirik: